3 nəfər dəm qazından zəhərlənərək ölüb

Azərbaycanda dəm qazından zəhərlənmə ilə bağlı bir neçə hadisə baş verib. Onlardan 3-də ölüm faktları aşkar edilib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 14-də Qaradağ rayonunun Lökbatan qəsəbə sakini Şəmsi Qafarov, Cəlilabad rayonunun Alar kənd sakini Pərvanə Həbibova öz evlərində və Sumqayıt şəhər sakini Rəna Alışova bacısının evində dəm qazından zəhərlənərək ölüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31