Azərbaycanda 2012-ci ildə "yol epidemiyası"nın qurbanları artıb
15 Yanvar 2013 12:10 KriminalAzərbaycanda ötən il 2892 yol qəzası qeydə alınıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, ilkin məlumatlara görə, 2012-ci ildə respublikada qeydə alınan qəzalarda 1168 nəfər dünyasını dəyişib, 2997 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən il Bakıda 1068 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 336 nəfər ölüb, 1126 nəfər isə xəsarət alıb. Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 2890 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 1016 nəfər dünyasını dəyişib, 3031 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31