Gəncədə ev, Sabirabadda tövlə yanıb
15 Yanvar 2013 11:34 KriminalGəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 52 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Eyni zamanda, Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31