Qonşusunu öldürənə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 19 yaşlı Amin Orucovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Amin Orucov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində A.Orucov qonşusu 36 yaşlı Radiq Məmmədovu qətlə yetirib.
R.Məmmədov Amin Orucovu onun evindən oğurluq etməkdə günahlandırıb. Buna görə də daima məhəllədə onu döyüb. Sonuncu dəfə Radiq Amini yanına çağıranda qonşusu tərəfindən döyüləcəyini fikirləşən Amin Orucov bıçaqla onu qətlə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31