Ali Məhkəmədə yol qəzaları ilə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilir
14 Yanvar 2013 16:46 KriminalAli Məhkəmə yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsinin ümumiləşdirməsinə başlayıb. "OLAYLAR"ın Lawreform.az saytına istinadən yaydığı məlumata görə, Prezident İlham Əliyevin 26 dekabr 2012-ci il tarixli "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə Ali Məhkəməyə bu sahədə məhkəmə təcrübəsinin ümumiləşdirməsi və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılması tapşırılıb.
Ümumləşdirmə birinci instansiya məhkəmələri tərəfindən ötən il ərzində yol-nəqliyyat hadisələrinə dair işlərlə bağlı qəbul edilmiş qərarları əhatə edəcək. Ümumiləşdirmənin bu ilin mayına qədər yekunlaşdırılıb Ali Məhkəmənin Plenumunun iclasına çıxarılması nəzərdə tutulub.