Sumqayıtda Şabran sakinini qətlə yetirənlər tapılıb
14 Yanvar 2013 15:55 KriminalSumqayıtda Şabran rayon sakinini qətlə yetirən şəxslər yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da Sumqayıt şəhərində, Şabran rayon sakini Samir Məmmədovu bıçaqla qətlə yetirmiş Ceyranbatan qəsəbə sakinləri Nəriman Yəhyayev, Razim və Nazim Xanışov qardaşları tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31