Bakıda fırıldaqçı boya alverçisi aşkarlanıb
14 Yanvar 2013 15:32 KriminalBakıda saxta boya alverçisi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yasyıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki "Bülbülə" mağazasının sahibi, Ramiz Nəbiyev alıcı Fuad Həmidova yararlılıq və istifadə müddəti bitmiş 56 manat dəyərində boyalar sataraq, onu aldadıb. Mağazaya baxış zaman əlavə olaraq 1040 manat dəyərində istifadə müddəti bitmiş 10 adda müxtəlif tikinti malları aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31