Uşaq bağçasına hücum: manyak güllələndi

Başqırdıstanın Salavat şəhərində uşaq bağçasına hücum edərək binanı atəşə tutan 51 yaşlı kişi polisə təslim olmayıb. milli.Az Life News-a istinadən bildirir ki, Kolxoznaya küçəsindəki mənzilinin pəncərəsindən həyətdəki "Juravuşka" uşaq bağçasını atəşə tutan Ramil Muratşin körpələri hədəfə almışdı.
Atəş zamanı uşaq bağçasında 105 uşaq vardı. Uşaq bağçasının direktoru güllə səsini eşidən kimi polis çağırıb. Daha sonra isə tərbiyəçilər dal qapıdan uşaqları binadan çıxarıblar. Uşaqlardan kimsə yaralanmayıb. Hadisə yerinə gələn polis Muratşinə silahı yerə qoyaraq təslim olmağı təklif edib. Lakin sərxoş Muratşin polislərə atəş açmağa başlayıb. Nəticədə polisin atəşi nəticəsində Muratşin güllələnərək öldürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31