Dəm qazından daha 7 nəfər zəhərlənib
14 Yanvar 2013 14:11 KriminalAzərbaycanın müxtəlif bölgələrində 7 nəfər dəm qazından zəhərlənib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Nuranə Mehdiyeva, Gəncə şəhər sakinləri Vüsalə Məmmədova, Əfsanə İmanova, Abşeron rayon sakinləri 3 yaşlı Xədicə və 3 yaşlı Zülfüqar, Ucar rayon sakini Aslan Kərimov, Beyləqan rayon sakini Səbuhi Orucov evlərindən dəm qazından və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31