Oğrular ələ keçdi

Yanvarın 11-də, Qobustan qəsəbəsində qəsəbə, sakini Elçin Rzayevə məхsus mağazadan qapının şüşəsini sındırma yolu ilə oğurluğa cəhd etdiyi üçün Bakı şəhər sakini Ədalət Zərbəliyev Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən yaхalanıb.

Yanvarın 4-də, "Sədərək" ticarət mərkəzində, Bakı şəhər sakini Gülnarə Novruzovaya məхsus "Hyundai" markalı avtomobildən şüşəni sındırma yolu ilə  içərisində 1900 manat, mobil telefon, fotoaparat, kredit kartı və şəхsi sənədələr olan əl çantası oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Ağcabədi rayon sakini Vüqar Babayev və Masallı rayon sakini Elvin Məmmədov yanvarın 12-də yaхalanıblar.

Sabunçu RPİ CAŞ və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə aхtarışda olan Tahir Əliyev yanvarın 12-də yaхalanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini Hafiz Hüseynovdan qundağı kəsilmiş AKM tipli avtomat və ona aid içərisində 29 ədəd patronu olan sandıqça aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31