Səbaildə beşmərtəbəli bina yandı, 20 sakin evakuasiya olundu

Bakıda daha bir beşmərtəbəli yaşayış binası yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Səbail rayonunda beşmərtəbəli (mərtəbələrarası örtük, arakəsmə divarlar və dam örtüyü taxta konstruksiyalardan ibarət) yaşayış binasının 2-ci  mərtəbəsində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan üçotaqlı mənzildə bacanın ətrafı (tavan) 15 kv.m sahədə, 3-cü mərtəbəsində digər vətəndaşa məxsus  ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi 8 kv.m və arakəsmə divarı 2 kv.m sahədə (ümumi 25 kv.m) yanıb. Yanğın zamanı 20 nəfər bina sakini, o cümlədən, yataq xəstəsi olan 1 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillərin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31