“Qalaltı” sanatoriyası tam yandı
16 otaqlı 400 kvadratmetrlik taxta bina külə dönüb
20 Aprel 2012 14:02 KriminalŞabranın dağ massivində yerləşən və müalicəvi istirahət müəssisəsi olan "Qalaltı" sanatoriyası yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saydığı məlumata görə, hadisə aprelin 19-dan 20-ə keçən gecə baş verib. Rayon mərkəzindən 27 kilometr aralıda yerləşən ikimərtəbəli 16 otaqdan barət sanatoriyada yanğın başlayıb. Şabran Dövlət Yanğından Mühafizə İdarəsi əməkdaşlarının səyi nəticəsində alovun ətraf ərazilərə və meşəyə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində taxta konstruksiyadan ibarət olan ikimərtəbəli 400 kvadratmetrlik sanatoriya tam yanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31