Məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib
14 Yanvar 2013 11:04 KriminalBakıda məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib. Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı, tikintisi başa çatmamış dördmərtəbəli binanın 1-ci mərtəbəsində yanğın baş verib. Hadisə nəticəsində ümumi sahəsi 90 kv.m olan dördotaqlı mənzilin dəhlizində 1 ədəd divan yanıb. Mənzildə olan 3 nəfər yanğınsöndürən briqadası tərəfindən təxliyyə edilib. Təxliyyə olunanlardan biri tüstüdən zəhərləndiyi üçün Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən saat 03:50-də tam söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31