Rəis qızı dəm qazından boğuldu
12 Yanvar 2013 12:22 KriminalQusar rayonunda 23 yaşlı qız dəm qazından boğulub. Qusar rayon prokurorunun köməkçisi Anar Salehov ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib.Belə ki, Murtuza Murtuzayev küçəsində yaşayan 1990-cı il təvəllüdlü Səmayə Malik qızı Fətullayeva hamamda çimərkən dəm qazından boğulub. Onun meyidi hamamda valideynləri tərəfindən aşkarlanıb.Qeyd edək ki, Səmayə Fətullayeva Qusar rayon Qaz İstismar Şahəsinin qəza dispetçer xidmətinin rəisi Malik Fətullayevin qızıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31