Dostunu bıçaqlayan şəxs 3,6 il iş aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dostunu bçaqlamaqda təqsirləndirilən Təhməzov Fərid Böyükağa oğlunun məhkəməsi başa çatıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər.  Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilinən Fərid Təhməzli 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, F.Təhməzli bu ilin may ayında dostu Qürbət Manafovu bıçaqlayıb. İçki məclisindən sonra tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı Qürbət söyüş söyüb. Bu səbəbdən də Fərid üzərində olan bıçaqla ona xəsarətlər yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31