Valyutadəyişməyə basqın edən qatilə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Ağdam rayon sakini 51 yaşlı Arzuman Bəşirovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Məhkəmənin hökmü ilə Arzuman Bəşirov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin iyulun 14-də maska taxmış naməlum şəxs, Qaradağ rayonu "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birində odlu silahdan açdığı atəşlə oranın işçisi Əli Əliyevi öldürüb və məntəqəyə məxsus 16 min manatı götürüb hadisə yerindən qaçıb. Keçirilən əməliyyat nəticəsində cinayəti törətmiş Lökbatan qəsəbəsində kirayədə yaşayan Arzuman Bəşirov tutulub. O, ilkin dindirmə zamanı törətdiyi qətli tam etiraf edib və cinayətin aləti olan tapançanı tanışı Zakir İbayevə verdiyini bildirib. Xırdalan şəhərində yaşayan sonuncunun evinə baxış keçirilərkən Arzuman Bəşirovun cinayətdə istifadə etdiyi "Steçkin" markalı, darağında 17 patronu olan tapança aşkarlanıb götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31