Daşkəsəndə ölən əsgərin bölük və manqa komandirləri həbs edildi

Hərbi Məhkəmə hər iki şəxs barəsində qətimkan tədbiri seçdi

Yanvarın 7-də Müdafiə Nazirliyinin Daşkəsəndəki "N" saylı hərbi hissədə əsgərin ölümü ilə bağlı tutlan şəxslərin vəzifəsi məlum olub. "Bu barədə "OLAYLAR"a hərbi hissədəki mənbələrdən məlumat verilib. Məlumata görə, saxlanılan şəxslərdən biri ölən əsgərin bölük komandiri, digəri isə müddətdən artıq həırbi qulluqçu olan manqa komandiridir. Həmin şəxslər yanvarın 8-də axşam saatlarında hərbi hissədə saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxslərin barəsində hərbi məhkəmənmin qərarı ilə iki aylıq həbs qəti imkan tədbiri seçilib. Hazırda Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyinin əməkdaşları adıçəkilən hərbi hissədə araşdırmaları davam etdirirlər. Qeyd edək ki, yanvarın 7-də Daşkəsəndəki "N" saylı hərbi hissənin əsgəri Ceyhun Qubadov müəmmalı halda dünyasını dəyişib. Müdafiə Nazirliyi onun ürək tutmasındanc dünyasını dəyişdiyini bildirsə də, sonradan əsgərin bədənində ağır xəsarət izləri aşkar edilib. 1994-cü il təvəllüdlü Ceyhun Qubadov 3 ay öncə hərbi xidmətə çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31