Bakıda ev, Biləsuvarda isə avtomobil yandı
11 Yanvar 2013 17:21 KriminalBakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus mənzildə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Oİlaylar"a verilən məlumata görə, ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Eyni zamanda, Biləsuvar şəhərində ikimərtəbəli inzibati binanın qarajında "Volkswagen" markalı avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31