Şəmkir şəhərində "Qaqalar" MMC-yə məxsus qonaq evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 100 kv.m olan qonaq evinin saunasının taxta və plastik materiallardan ibarət üzlüklər 15 kv.m sahədə yanıb. Saunanın qalan hissəsi və bina yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31