Xilasedicilər əli dəzgahda qalan şəxsi xilas etdilər
11 Yanvar 2013 17:05 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda təkər emalı sexində işləyən 1 nəfərin əli dəzgahda qalıb. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb ediliblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə köməksiz vəziyyətdə qalmış şəxsin əlini dəzgahdan çıxarılıb və o, aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31