Yasamalda ikimərtəbəli mənzil yandı

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 700 kv.m olan ikimərtəbəli  yaşayış binasında vətəndaşa məxsus dördotaqlı mənzilin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.  Binanın qalan hissəsi yanğından mühafizə olunub.  Həmçinin Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 40 kv.m olan ikimərtəbəli üçotaqlı evin 1-ci mərtəbəsində otaqda bir ədəd divan yanıb. Ev yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31