FHN qar çovğununa düşmüş 5 nəfəri xilas etdi
11 Yanvar 2013 17:04 KriminalFövqəladə Hallar Nazirliyinin xilasediciləri qar çovğununa düşmüş 5 nəfəri xilas edib. Nazirlikdən "OLAYLAR"a verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, gecə saatlarında Şəmkir rayonu, Dağ Cəyir kəndi ərazisində (rayon mərkəzindən 20 km aralı) "VAZ" markalı minik avtomobili qar çovğununa düşərək yoldan çıxıb və içərisində olan 5 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.Yanğınsöndürən-xilasedicilər müvafiq qaydada avtomobili təhlükəsiz əraziyə çıxarıb, sürücü və 4 nəfər sərnişini digər avtomobildə yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31