Balakəndə qətl törədən şəxs azadlığa buraxıldı - HAKİM QƏRARI

Qatilin ruhi xəstə olması barədə qərar açıqlanıb

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Balakən rayon sakini Nurlan Gündüzovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib.  Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarmayıb. Məhkəmə Nurlan Gündüzovun psixi xəstəliyə tutulduğundan barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə qərar açıqlayıb. İttihama görə, Nurlan Gündüzov Balakən rayonu Qazma kənd sakini Laçın Şabanovla 2010-cu il oktyabrın 26-da rayonda fəaliyyət göstərən "Nərmin" şadlıq sarayında toy məclisində mübahisəsi olub. Şadlıq evində Nurlan mübahisəni davam etdirmək üçün Laçını bayıra çıxarıb. Laçın Nurlanın əlində bıçaq gördükdə özünü müdafiə məqsədilə həmin şəxsə başla zərbə endirib və qarşı tərəf yerə yıxılıb.  Bundan sonra Laçın zala qayıdıb. Bir qədər keçdikdən sonra Nurlan Laçını aldadaraq yenidən bayıra çağırtdırıb və yaxınlıqdakı məktəbin həyətinə aparıb. Orada Nurlan Laçını xüsusi amansızlıqla qətlə yetirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31