Dostunu öldürməyə cəhd edənlərə hökm oxundu
24 May 2012 18:51 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Rasim Hüseynov və Bayraməli Şabanovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Rasim Hüseynov 8 il, Bayraməli Şabanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər 2011-ci il mayın 15-də mübahisə zəminində Lənkəran şəhər sakini Asif Nurullayevi bıçaqlayaraq öldürməyə cəhd ediblər. Müəyyən edilib ki, hadisə içki məcilisində baş verib. Yeyib-içən tanışların sözləri sonradan bir-birinə xoş gəlməyib. Sözləri çəp gələn dostlar sonda bıçağa əl atmalı olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31