Baş Prokuror soyğunçunun cəzasını ağırlaşdırdı
Dana ogrusunun cəzası 4 ilə qaldırıldı
24 May 2012 18:50 KriminalŞəki Apellyasiya Məhkəməsində soyğunçuluqla məşğul olan Zaqatala rayon sakini Rafiq Qədimovun cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apellyasiya protesti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Baş prokurorluğun apellyasiya protesti təmin edilib və Rafiq Qədimovun cəzası dəyişdirilərək 3 ildən 4 ilə qaldırılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Qədimov 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Rafiq Hüseynov 2009-2011-ci illər ərzində Zaqatala rayonunda 40-a yaxın vətəndaşa məxsus 100-dən çox 35000 manat dəyərində iri və xırdabuynuzlu heyvan oğurlayıb.