Zakir Qaralov əsgər anasını qəbul edib
11 Yanvar 2013 14:43 KriminalAzərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə bağlı iki nəfər həbs olunub. Bu barədə APA-ya mərhum əsgərin anası Samirə Qubadova məlumat verib.
S. Qubadova bu gün baş prokuror Zakir Qaralovun bu gün onu qəbul etdiyini deyib: "Baş prokuror bildirdi ki, cinayət işi nəzarət altında davam etdirilir".
O qeyd edib ki, hadisə ilə bağlı şübhəli bilinən iki nəfər - bir əsgər və bir zabitin həbs edilməsi barədə də ona məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31