Kafe sahibinin başında qədər sındıran azadlığa buraxıldı

Elçin Putayevə şərti cəza verildi

Şəki Apellyasiya Məhkəməsində Elçin Putayev və Aydın Yaqubovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən E. Putayevin şikayəti təmin edilib və cəzası 3 ildən 2 il 8 aya endirilib və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilməklə şərti cəza təyin edilib. A. Yaqubovun apellyasiya şikayəti isə təmin edilməyib.
Zaqatala rayon məhkəməsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşya tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə təqsirli bilinən Elçin Putayev 3 il müddətinə azadlıqdan məhrum etmə, Aydın Yaqubov isə 150 manat cərimə cəzasına məhkum edilib.
E. Putayev 10 iyun 2011-ci il tarixdə saat 19 radələrində, sərxoş vəziyyətdə Zaqatala rayonu Muxax kəndində yerləşən pivəxanada olarkən səs-küy salıb, ucadan söyüşlər söyüb.
Pivəxananı işlədən A. Yaqubov Elçin Putayevə sakitləşməsini məsləhət görəndə müştəri ilə arasında mübahisə düşüb. İraddan əsəbiləşən Elçin əlindəki pivə qədəhini Aydın Yaqubovun baş nahiyəsinə zərbə ilə vuraraq, ona ağır xəsarətlər yetirib. Başında qədəhini sınan Aydın da əlinin altında olan pivə qədəhini Elçinin başına vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31