Gəncədə içki dostunu öldürmək istəyən 8 il cəza aldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Etibar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat vderilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Etibar Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, əvvəllər 11 il məhkumluq həyatı yaşayan Etibar Məmmədov tanışı Şərifov Gündüz Çingiz oğlu ilə birlikdə Gəncə şəhəri üçüncü mikrorayonda yerləşən avtomobillərə texniki qulluq stansiyasının həyətində yeyib-içəndən sonra mübahisə ediblər. Nəticədə Etibar Məmmədov sərxoş vəziyyətdə araq şüşəsi ilə Gündüz Şərifovun sol gözünə zərbə vurub. Zərbənin təsirindən araq şüşəsi Gündüzün başında sınıb. Huşunu itirən zərərçəkən yaxınlıqda olan şahidlərin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər Gündüz Şərifovun sol göz almasının partlamış yaralanması, daxili qatların tökülməsi, sol gözdə tam korluq olması əmək qabiliyyətinin 50 faizinin itirilməsi barədə rəy veriblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31