Bakıda “TOPAZ” qarət edildi

Bakıda "TOPAZ"klubu qarət edilib. Bu barədə məlumatı "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə yanvarın 7-nə keçən gecə Bakının Naxçıvani küçəsində qeydə alınıb. Musa Rüstəmova məxsus "TOPAZ"klubundan qapını sındırmaq yolu ilə 640 manat, iki uduş kuponu və kassa aparatı oğurlanıb. Yasamal Rayon Polis İdarəsinin ÇAŞ və 10-cu polis bölməsi əməkdaşları yanvarın 10-da qarətçilər Eyyub Əliyev və Mirsəməd Qiyasovu saxlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31