Bakıda ər arvadını çəkiclə vurub
11 Yanvar 2013 13:15 KriminalBakıda həyat yoldaşı ilə mübahisə edən ər arvadını çəkiclə döyüb. Bakı Şəhər Baş Polis İdarəsindən "OLAYLAR"a verilən məlumata görə, hadisə yanvarın 10-da Yeni Qala qəsəbəsində baş verib. Qəsəbə sakini Sərvər İsgəndərov ailə münaqişəsi zəminində həyat yoldaşı Səfa Mədət qızına başından çəkiclə vuraraq xəsarət yetirib. Yaralı 3 saylı xəstəxanaya daxil olub. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. İsgəndərov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31