Dörd körpə diri-diri yandı
11 Yanvar 2013 12:30 KriminalRusiyanın Belqorod vilayətinin Qladkovo qəsəbəsində şəxsi evdə baş vermiş yanğında dörd azyaşlı uşaq həlak olub. Evdə yanğın gecə saatlarında başlayıb və sürətlə yayılıb. Bu barədə Trend Layfnyus.ru-ya istinadən xəbər verir. Uşaqlar yanan evdən sərbəst şəkildə çıxa bilməyiblər. Böyüklər isə hələlik məlum olmayan səbəblərdən onların köməyinə gəlməyiblər. Yanğına nəyin səbəb olduğu da hələ məlum deyil. Cəsədlərdən üçü binanın dağıntıları araşdırılandan dərhal sonra, biri isə bir qədər sonra aşkar edilib. Uşaqlardan ikisinin 2007-ci və 2008-ci il təvəllüdlü olduqları məlumdur. Hazırda faciənin baş verdiyi yerdə istintaq və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar. Onlar habelə yanğın zamanı uşaqların valideynlərinin harada olduqlarını araşdırırlar.