Şok qəza! Maşının qabaq şüşəsindən girən at arxa şüşədən çıxdı
Reanimasiyaya yerləşdirilən və vəziyyəti ağır olan sürücünün həyati təhlükəsi davam edir
11 Yanvar 2013 11:01 KriminalTürkiyə Tekirdağ vilayətinin Çorlu rayonunda qeyri-adi yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, şəhər istiqamətində hərəkətdə olan minik avtomobili magistral yolda ata çırpılıb. Toqquşmanın təsiri ilə avtomobilin qabaq şüşəsindən içəriyə girən at arxa şüşədən bayıra çıxıb. Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, reanimasiyaya yerləşdirilən və vəziyyəti ağır olan yaralının həyati təhlükəsi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31