Bakıda qırğın kimi gecə: 6 ölü

Yanvarın 10-da Azərbaycan ərazisində 21 yol-nəqliyyat hadisəsi baş verib.Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisələr nəticəsində 6 nəfər ölüb, daha 24 insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Ölümlə nəticələnən yol qəzalarının hamısı Bakıda qeydə alınıb. Təkcə Sabunçu rayonunda dünən 3 ağır yol-nəqliyyat hadisəsi baş verib.Qəzaların baş verməsinə əsas səbəb kimi isə sürət həddinə əməl edilməməsi və avtomobillərin yol şəraitinə uyğun idarə olunmaması göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31