Ceyhunun ailəsi ANS-in jurnalistini qovdu - VIDEO

Döyülərək öldürüldüyü iddia olunan əsgər Ceyhun Qubatovun ailəsi "ANS"in çəkiliş qrupunu evindən qovub."Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə paylaşılan videoda mərhum əsgərin anası və yaxınları ANS-dən jurnalistin gəldiyini öyrənərkən çox hirsləniblər. Əsgər anası ağlaya-ağlaya ANS-in jurnalistinə belə deyib: "Ceyhunun meyidi ortada olarkən bir neçə dəfə ANS-ə zəng vurduq, amma ANS-dən dedilər ki, bizim ixtiyarımız yoxdur, Müdafiə Nazirliyindən əmr verilsin sonra gələcəyik. İndi də gedin o icazəni Müdafiə Nazirliyindən alın. Ölü yiyəsi hələ burdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31