General əsgərə görə cəzalandırıldı

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu cəzalandırıb.Nazirin bir qədər əvvəl imzaladığı əmrlə birləşmə komandirinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib.Bu barədə məlumat verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bundan əlavə, Daşkəsəndəki hərbi hissənin komandiri də müdafiə naziri tərəfindən cəzalandırılıb. Onun rütbəsi bir pillə aşağı salınıb.Mərhum əsgərin bölük komandiri isə tutduğu vəzifədən azad edilib və onun barəsində cinayət işi açılıb. Müdafiə nazirinin əmrinə əsasən, hərbi hissənin digər vəzifəli şəxsləri barəsində də intizam tədbirləri həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31