Xaçmazda iki qohum qadın hamamda zəhərləndi
10 Yanvar 2013 16:38 KriminalXaçmazda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. RTV-nin məlumatına görə rayonun Nərəcan kənd sakinləri 49 yaşlı Xanbabayeva Hilalə Həsən qızı və 50 yaşlı Qasımova Səmayə Əfsər qızı hamamda dəm qazından zəhərlənib. Onlar dərhal Xaçmaz RMX-na çatdırılıb. Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, hazırda onların vəziyyətində yaxşılaşma müşahidə olunur. Zəhərlənən qadınların qohum olduğu bildirilir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31