Saatlıda 3 otaqlı ev yandı

Saatlı rayonu, Heydərabad kəndində  vətəndaşa məxsus mənzildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, yanğın zamanı ümumi sahəsi 144 kv.m olan üçotaqlı evin bir otağının tavanı 24 kv.m sahədə yanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31