Zakir Qaralov Ukrayna baş prokuroruna müraciət etdi
İqbal Mahmudovun qatillərinin tapılması xahiş olunub
24 May 2012 17:34 KriminalBaş Prokuror Zakir Qaralov "Ukrayna Azərbaycanlıları Konqresi"nin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun qətlə yetirilməsi ilə əlaqədar Ukraynanın baş prokuroru Viktor Pşonkaya müraciət edib. Bu barədə "OLAYLAR"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat vderilib. Məlumata görə, Baş prokuror "Ukrayna Azərbaycanlıları Konqresi"nin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun 9 may 2012-ci il tarixdə Makeyevka kəndində qətlə yetirilməsi ilə əlaqədar Viktor Pşonkaya müraciətində cinayətin ictimai yerdə, insanların gözü qarşısında törədilməsi, habelə cinayətkarın hadisə yerindən qaçması və hazırkı vaxtadək saxlanılmamasının respublikada ictimai əks-səda yaratmasının narahatçılıq doğurması qeyd olunmaqla, Ukrayna hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıq göstərərək cinayətin qısa müddətdə açılması istiqamətində zəruri tədbirlər görəcəyinə əminlik ifadə olunub. Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına cinayət işi üzrə istintaqa lazımi köməklik göstərməyə hazır olduğunu bildirib.