Astara sakini Bakıda külli miqdarda civə satarkən tutuldu
10 Yanvar 2013 14:51 KriminalBakıda külli miqdarda civə satan Astara sakini iş başında yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Ovala kənd sakini Əfqan Baxşıyev 1006,48 qram gümüşü rəngli civəni 3000 dollara satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31