Bakı sakini evində diri-diri yanıb öldü

Bakıda ev sahibi mənzili ilə birlikdə yanıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 9-da saat 12.00 radələrində Xəzər rayonunun Şimali Dress qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Xanlar Şahbazova məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31