Bakılda daha bir gürcüstanlı miqrant aşkarlandı

Bakıda daha bir qanunsuz miqrant aşkarlanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsi məlumat verib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nin əməkdaşları Gürcüstan vətəndaşı Sevda Qələndovanın qeydiyyatsız yaşadığı üçün barəsində İXM-nin 339-cu (əcnəbilərin və vətəndaşlığı olmayan şəхslərin Azərbaycan Respublikasında olması, yaхud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarını pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31