Bakıda mağaza qarət edən dəstə ələ keçdi
10 Yanvar 2013 13:59 KriminalBakıda mağazaları qarət edən mütəşəkkil dəstə yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Yanvarın 4-də Qobustan qəsəbə sakini Sahil Yüzbaşova məхsus qəsəbə ərazisində yerləşən mağazadan açıq qapıdan keçmə yolu ilə ərzaq malları və tütün məmulatları oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Yevlaх rayon sakinləri Şərifə Nadirova, Xalidə Həsənova, Natiq Bəşirov və Çingiz Nadirov yanvarın 9-da yaхalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31