Axtarışda olan “MTN zabiti” tutuldu

Özünü MTN-in zabiti kimi təqdim edən dələduz Rusiyada yaxalanıb

Rusiyanın Kazan şəhərində polis dələduzluqda təqsirləndirilən Azərbaycan vətəndaşını saxlayıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Ramil Pirverdiyev adlı bu şəxs 2008-2010-cu illərdə mütəşəkkil cinayətkar dəstənin tərkibində özünü MTN zabiti kimi təqdim edərək vətəndaşların etibarından istifadə edib, işə düzəltmək adı ilə onların külli-miqdarda pulunu mənimsəyib. 2011-ci ildə dələduz Azərbaycandan qaça bilib və beynəlxalq axtarışa verilib.Məlumata görə, Pirverdiyev Kazan şəhərində qeyri-qanuni yaşayırmış. Hazırda Kazandakı "Tankodrom" təcridxanasında saxlanan Pirverdiyev yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31