Bakıda qadın oğurlayan mütəşəkkil dəstə iş başında yaxalandı

Bakıda qadın oğurlamağa cəhd edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 8-də saat 23.45 radələrində, Səbail rayonun 20-ci sahəsinin ərazisində baş verib.  "VAZ-21011" markalı avtomaşında olan naməlum şəxslər Bakı şəhər sakini Nuranə Məmmədovanı zorla həmin avtomaşına oturdub mobil telefonunu əlindən alaraq, yanacaq götürmək məqsədi ilə Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqəsinə aparıb. Dəstə üzvləri avtomaşına yanacaq doldurarkən N.Məmmədova maşından düşərək qaçıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sabirabad rayon sakinləri Kamil Sadıqov və "VAZ-21011" markalı avtomaşını idarə edən Cəbrayıl İbrahimov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31