İmişlidə xuliqanlıq edən Saatlı Bələdiyyəsinin vergi agenti tutuldu

Azərbaycanda xuliqanlıqla məşğul olan vergi agenti həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 4-də İmişli rayonunda baş verib. Özünü Heydər Nəsirov kimi təqdim edən şəxs Qızılkənd kənd sakini Rasim Salahova hədə-qorxu gələrək, ondan 400 manat pul alıb. İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Saatlı şəhər Bələdiyyəsində vergi agenti işləyən Nəsir Nəsirov tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31