Bakıda yol qəzası törədən sürücüləri maşın vurdu, ölən və yaralanan var

Bakıda yolda avtomobil qəzası törədəndən sonra yolun ortasında mübahisə edən sürücüləri maşın vurub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 9-da saat 21.10 radələrində Binəqədi rayonu ərazisində baş verib. Siyəzən şəhər sakini Rüstəm Qasımov "Volvo" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən Sumqayıt şəhər sakini Şahin Osmanovun idarə etdiyi "Mercedes" markalı avtomaşına vurub. Sonradan R.Qasımov və Ş.Osmanov avtomaşınlarından düşərək yolun hərəkət hissəsində mübahisə ediblər. Bu zaman İlqar Əmirov idarə etdiyi "Mercedes" markalı avtomaşınla onları vurub. Nəticədə, R.Qasımov hadisə yerində ölüb, xəsarət almış Ş.Osmanov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31