Abşeronda 1 yaşlı uşaq qaynar suda yandı

Abşeron rayonunda bir yaşlı uşaq qaynar suda yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 9-da baş verib. Abşeron rayon sakini 1 yaşlı Leylanın üstünə qaynar su tökülüb. Yanıq xəsarəti almış uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31