Təzə gəlin özünü asdı

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir

Ötən gün axşam saatlarında Xırdalan şəhərində 22 yaşlı qadın intihar edib. Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bir neçə ayın gəlini olan 1990-cı il təvəllüdlü Ləman Cəfərova özünü asıb. Onun meyidi evdə ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31