Azərbaycanda gənc evlənəcəyi qızı evinə aparıb zorladı

Hazırda fakt üzrə müvafiq araşdırmalar aparılır

Gəncə şəhərində gənc qız tanışı tərəfindən zorlanıb. Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 22 yaşlı qız M.T polisə müraciət edib. O, bildirib ki, bir müddət əvvəl H.E. ilə tanış olub. Gənc qızla oğlan arasında isti münasibətlər olub və H.E. qızla evlənəcəyini deyib, ona vədlər verib.  Yanvarın 6-da isə H.E. M.T-nı Gəncə şəhəri, H.Zərdabi küçəsindəki mənzilə aparıb. Burada kimsənin olmamasından istifadə edən oğlan M.T-nı zorlayıb. M.T sevgilisinin ona verdiyi vədlərdən imtina etməsini öyrənincə polisə üz tutub.  Hazırda fakt üzrə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31