Ev sahibi mənzilində yandı

Bakı şəhəri, Xəzər rayonunda 1972-ci il təvəllüdlü Xanlar Kazım oğlu Şahbazova məxsus evdə ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, yanğın zamanı ümumi sahəsi 80 kv.m olan birmərtəbəli dördotaqlı evdə xalça 1 kv.m sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin cəsədi aşkar olunub.  Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31